Ermənistan delimitasiya komissiyaları haqqında Əsasnaməni təsdiqlədi
Xarici siyasət
05.09.2024 12:05
Ermənistan hökuməti Azərbaycanla delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Qeyd olunub ki, sənəd baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilib.
Xatırladaq ki, Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni 2024-cü il avqustun 30-da imzalayıb.
Günəş Mərd
tag: Azərbaycan ,Ermənistan, Delimitasiya, Əsasnamə, todaypress.az,