Erməni əsilli rejissorun filminə “Oskar” mükafatı təqdim edilmədi
Xarici siyasət
10.11.2024 11:00
Sentyabrda erməni əsilli İordaniyalı
rejissor Sarin Hayrapetyanın çəkdiyi “Mənim şirin torpağım” adlı filminin “ən
yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim edilmək üçün
seçilməsinə baxmayaraq, filmin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı
olduğu nəzərə alınaraq, Azərbaycan tərəfinin narahatlığı dərhal İordaniya
tərəfinə çatdırılıb.
TodayPress xəbər verir ki, bunu Xarici İşlər
Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İordaniya tərəfinin erməni əsilli
rejissorun Azərbaycan əleyhinə çəkdiyi filmi “Oskar” nominasiyasından geri
götürməsi ilə bağlı medianın sualına cavabında bildirib.
"Erməni tərəfinin iddiasının əksinə, burada hər
hansı bir təzyiqdən söhbət gedə bilməz. Məhz İordaniya Kral Film Komissiyasının
müstəqil şəkildə qəbul etdiyi qərar nəticəsində film sonda “Oskar” mükafatına
təqdim edilməyib və İordaniyada filmin nümayişi dayandırılıb. İordaniya
tərəfinin bu qərarını alqışlayırıq" A.Hacızadə qeyd edib.
tag: İordaniya, Erməni, Oskar, Ayxan Hacızadə, todaypress.az,