Ərdoğan Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanladı
Xarici siyasət
25.12.2024 23:06
Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu
ünvanlayıb.
TodayPress xəbər
verir ki, məktubda deyilir:
"Hörmətli Prezident, Əziz Qardaşım,
Bu gün səhər Qazaxıstanın Aktau şəhərində
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğradığını,
qəzada həyatını itirənlərin və xəsarət alanların olduğunu böyük kədər hissi ilə
öyrəndim.
Zati-alinizə və qardaş Azərbaycan xalqına, xüsusən də
yaxınlarını itirənlərə xalqım və şəxsən öz adımdan başsağlığı verir, səbir
diləyirəm. Uca Allahdan həyatını itirənlərə rəhmət, yaralılara tezliklə şəfa
diləyirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizin və qardaş
Azərbaycan xalqının rifah və firavanlığı üçün ən xoş arzularımı bir daha
bildirirəm".
tag: Türkiyə, Ərdoğan, Prezident, İlham Əliyev, Qəza, Təyyarə, Qazaxıstan, todaypress.az,