Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşdı: Regionumuzda sadəcə sülh istəyirik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə lideri
sosial şəbəkədə paylaşım edib.
“Qardaşım, Azərbaycan Prezidenti cənab İlham Əliyevi
Türkiyədə qonaq etməkdən çox məmnun oldum. “Bir millət – iki dövlət” şüarı ilə
təcəssüm olunan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər
əldə edirik. Ölkələrimiz arasında əlaqələr müdafiədən tutmuş ticarətə qədər bir
çox sahələrdə daim inkişaf edir” Türkiyənin ölkə başçısı qeyd edib. O, bu
əməkdaşlıqlar arasında enerji sektorunun ön sırada olduğunu da vurğulayıb.
Ərdoğan Bakı və Ankaranın sadəcə sülh, əməkdaşlıq
istədiyini vurğulayıb:
“Bunu ifadə etmək istərdim: Türkiyə və Azərbaycan sülhün,
əmin-amanlığın, firavanlığın tərəfindədir. Regionumuzda sadəcə sülh istəyirik,
əməkdaşlıq istəyirik, birlikdə inkişaf etmək istəyirik. İnşallah, bundan sonra
regional sülhə, rifaha və əmin-amanlığa yönəlmiş hər cür layihələri birlikdə
həyata keçirmək əzmindəyik”.
tag: Ərdodğan, Prezident, İlham Əliyev, Görüş, Türkiyə, todaypress.az,