Ərdoğan: Azərbaycan-Ermənistan sülh çərçivəsində ən qısa zamanda xoş xəbər almağa ümid edirik
Xarici siyasət
28.10.2024 20:51
Azərbaycan və Ermənistanın sülh prosesi
çərçivəsində göstərdiyi səmimi səyləri yaxından izləyirik, ən qısa zamanda xoş
xəbər almağa ümid edirik.
TodayPress xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
“Qarabağda 30 illik işğalın başa çatması ilə Cənubi
Qafqazda daimi sülh üçün unikal fürsət yaranıb. İndi bu coğrafiyada sülh
küləkləri əsir. Arzumuz odur ki, prosesə mane olmağa çalışanlara fürsət
verilməmiş xoş xəbərlər alınsın. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı
şəkildə işləməyə davam edəcəyik" Ərdoğan qeyd edib.
tag: Türkiyə, Ərdoğan, Azərbayan, Ermənistan , Sülh, todaypress.az,