Elnur Məmmədov Nepal XİN başçısı ilə əməkdaşlıq məsələlərini müzakirə etdi

Xarici siyasət

02.05.2025 13:04

20

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Nepala səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Arzu Rana Deuba ilə görüşüb. 

TodayPress xəbər verir ki, bu barədə Nepal Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. 

Bildirilib ki, görüş zamanı Nepal-Azərbaycan münasibətləri, həmçinin qarşıdan gələn "Sagarmatha Sambaad" forumunda iştirak da daxil olmaqla, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

tag: Azərbaycan,Nepal,XİN,Görüş,Todaypress.az,