Əli Nağıyev Çinin dövlət müşaviri ilə görüşdü

Xarici siyasət

18.02.2025 18:13

1244

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev fevralın 18-də Pekində Çinin dövlət müşaviri və ictimai təhlükəsizlik naziri Van Syaoxunq ilə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Van tərəflərin iki dövlət başçılarının əldə etdiyi mühüm konsensusu həyata keçirəcəyi üçün ümidvar olduğunu bildirib. Onlar terrorizm, narkotiklə mübarizə və digər sahələrdə əməkdaşlığı dərinləşdirəcək, telekommunikasiya fırıldaqçılığı və onlayn qumar kimi transmilli mütəşəkkil cinayətlərə qarşı birgə mübarizə aparacaq, hüquq-mühafizə və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirəcəklər.

Əli Nağıyev qeyd edib ki, Azərbaycan hüquq-mühafizə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, təhlükəsizlik problemlərinin birgə həlli istiqamətində Çin ilə işləməyə hazırdır.

Aysel Mətləb

tag: Əli Nağıyev,Pekin, Çin,Müşavir,Van Syaoxunq,todaypress.az,