Əli Əsədov Tehranda İranın birinci vitse-prezidenti ilə görüşdü
Xarici siyasət
17.02.2025 22:50
Azərbaycanın Baş naziri Əli Əsədov fevralın
17-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İranın birinci
vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.
Bu barədə TodayPress-ə Azərbaycan Nazirlər
Kabinetindən bildirilib.
Görüşdə Azərbaycan-İran münasibətlərinin mövcud
vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat-tranzit,
neft-qaz, energetika və humanitar sahələrdə əməkdaşlığın perspektivləri
müzakirə olunub.
Avtomobil və dəmir yolları bağlantılarının yaradılması,
İran ərazisindən keçməklə Şərqi Zəngəzur - Naxçıvan nəqliyyat infrastrukturunun
tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və digər birgə
layihələrin icra vəziyyəti nəzərdən keçirilib.
Eyni zamanda Xəzərin ekoloji vəziyyətinin
yaxşılaşdırılması, dənizin çirkləndirilməsinin və dayazlaşmasının qarşısının
alınması, habelə Xəzər dənizi hövzəsində əməkdaşlıqla bağlı bir sıra digər
məsələlər barədə müzakirələr aparıldı.
tag: Azərbaycan, Baş Nazir, İra, Vitse-Prezident,Əli Əsədov, todaypress.az,