Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşdü

Xarici siyasət

03.10.2024 15:15

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Minskə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Bu barədə TodayPress-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Belarus dövlətinin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə Belarus arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

tag: Əli Əsədov ,Azərbaycan, Belarus ,Lukaşenko ,Nazirlər Kabineti ,todaypress.az,