Əlcəzair Prezidenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verdi
Xarici siyasət
27.12.2024 01:15
Əlcəzair Prezidenti Əbdelmacid Tebbun
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması
nəticəsində həlak olan və yaralananlarla bağlı Azərbaycan Prezidenti İlham
Əliyevə başsağlığı məktubu göndərib.
TodayPress xəbər verir ki, bu barədə Əlcəzair mətbuat
ximəti məlumat yayıb.
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması və nəticədə həlak
olanların və yaralananların olması xəbərini dərin kədər və hüznlə qarşıladım”
Afrika ölkəsinin lideri qeyd edib.
“Dost Azərbaycan xalqının üzləşdiyi bu faciə ilə əlaqədar
Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə və həlak
olanların ailələrinə səmimi başsağlığı verir, dərin hüznümü bildirir və
yaralılara tezliklə şəfa diləyirəm” ölkə başçısı əlavə edib.
Azərbaycan Prezidentinə “Əlcəzairin bu çətin məqamda
ölkəsi ilə həmrəy olduğunu” bildirən Tebbun “Azərbaycan xalqının bu ağrılı
sınaqdan çıxa biləcəyinə əmin olduğunu” ifadə edib.
tag: Prezident, Aktau, Qazaxıstan, Əlcəzair,Afrika, AZAL, todaypress.az,