Əhməd əl-Şaraa Prezident İlham Əliyevi təbrik etdi

Xarici siyasət

01.04.2025 19:13

2399

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

TodayPress xəbər verir ki, təbrik məktubunda deyilir:

"Cənab Prezident, Əziz Qardaş. 

Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. 

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq arzu edirəm.

Birgə səylərimizlə ölkələrimizin və xalqlarımızın, həmçinin İslam ümmətimizin xoşbəxtliyi naminə Uca Allaha dua edirəm. 

Bayramınız mübarək!"

tag: Prezident,İlham Əliyev,Əhməd əl-Şaraa ,Təbrik,Todaypress.az,