Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi

Xarici siyasət

02.04.2025 18:18

1732

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axund Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Ramazan bayramı münasibətilə Əfqanıstan İslam Əmirliyi və ölkənin müsəlman xalqı adından Zati-alinizə və şərəfli Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan xalqının bu mübarək bayramı hər zaman mehribanlıq, təhlükəsizlik və rifah şəraitində qeyd etməsini arzulayıram.

Əfqanıstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi və genişlənməsi istiqamətində son vaxtlar baş verən inkişaf prosesləri təqdirəlayiqdir. Zati-alinizin rəhbərliyi altında iki dost və qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin bundan sonra daha da dərinləşməsini arzu edirəm.

Əminəm ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi hər iki tərəf üçün faydalı olacaq və Əfqanıstan İslam Əmirliyi bu istiqamətdə səylərini əsirgəməyəcəkdir".

tag: Azərbaycan,İlham Əliyev,Əfqanıstan,Təbrik,todaypress.az,