Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevi təbrik etdi
Xarici siyasət
24.12.2024 20:14
İraq Respublikasının
Prezidenti Əbdüllətif Camal Rəşid dekabrın 24-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə zəng edib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Əbdüllətif Camal Rəşid dövlətimizin başçısını ad günü
münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm
cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə
minnətdarlığını bildirib.
İraq Prezidenti COP29-un uğurla təşkil edilməsi ilə bağlı
Azərbaycan Prezidentini təbrik edib.
Dövlətimizin başçısı təbrikə görə təşəkkürünü bildirib,
Əbdüllətif Camal Rəşidə COP29-da iştirakı ilə bağlı bir daha minnətdarlığını
ifadə edib.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın
perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
tag: Iraq, Azərbaycan, Prezident, İlham Əliyev, Camal Rəşid, Təbrik, todaypress.az,