DTX rəisi: "Azərbaycan hər zaman Əfqanıstanla bağlı beynəlxalq təşəbbüsləri dəstəkləyib"
"Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib, bu istiqamətdə səylərini heç bir vaxt əsirgəməyib".
TodayPress xəbər verir ki, bunu DTX-nın rəisi general-polkovnik Əli Nağıyev Bakıda “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Xidmət rəisi uzun illərin sınağından çıxmış və qarşılıqlı etimad əsasında qurulmuş Azərbaycan-Əfqanıstan əlaqələrindən, eləcə də xalqlararası dərin tarixi-mədəni bağlılıqdan danışıb.
"Əfqanıstana dair bundan əvvəl keçirilmiş toplantıların davamı olaraq, budəfəki konfransın Bakı şəhərində təşkil edilməsi önəmli hadisədir. Beynəlxalq tədbirin, Əfqanıstanda mərkəzləşdirilmiş, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunan dövlətin bərqərar olunmasına əhəmiyyətli dərəcədə töhfə verəcəyinə ümidvarıq".
tag: Azərbaycan ,Əfqanıstan,Əli Nağıyev,todaypress.az,