Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik
Xarici siyasət
03.07.2024 02:30
“Cənubi Qafqaz məsələsi Dövlət
Departamenti, dövlət katibi və digər rəsmi şəxslər üçün prioritet məsələdir”.
TodayPress xəbər verir ki, bu
sözləri ABŞ Dövlət Departamentinin mətbuat Katibinin müavini Vedant Patel
Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan
xarici işlər nazirlərinin görüşü ilə bağlı suala cavabında deyib.
“Cənubi Qafqazdakı məsələ ilə bağlı geniş kontekstdə onu deyə bilərəm ki, bu, bizim üçün, dövlət katibi və Dövlət Departamentinin digər rəsmiləri üçün prioritet məsələdir. Şübhəsiz ki, sammit çərçivəsində biz bu istiqamətdə işləməyə davam edəcəyik. Bu, sammit çərçivəsində xüsusi görüşlər və ya hansısa digər təmaslar şəklində ola bilər. Konkret gündəliklə bağlı hələlik danışmaq istəmirəm”,deyə o, qeyd edib. (azertag.az)
tag: todaypress.az, Azərbaycan, Ermənistan, NATO sammiti,Dövlət Departamenti,