Dövlət başçısı İlham Əliyev Aİ Şurasının Prezidentini təbrik etdi
Xarici siyasət
06.12.2024 18:00
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya təbrik məktubu ünvanlayıb.
TodayPress xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.
İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik.
Sizə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".
tag: İlham Əliyev,Prezident,Avropa Şurası,Təbrik,todaypress.az,