Dövlət başçısı Braziliyanın vitse-prezidenti ilə görüşdü - YENİLƏNDİ
Xarici siyasət
14.11.2024 15:35
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 14-də Braziliya Federativ Respublikasının
vitse-prezidenti Jeraldu Alkmin ilə görüşüb.
TodayPress xəbər verir ki, Jeraldu
Alkmin Braziliya Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı,
Luiz İnasio Lula da Silvanın səhhəti ilə əlaqədar COP29-da iştirak edə bilmədiyini
qeyd etdi.
Dövlətimizin başçısı salamlara
görə minnətdarlığını bildirdi, onun da salamlarını Braziliya Prezidentinə
çatdırmağı xahiş etdi, Luiz İnasio Lula da Silvanın tezliklə sağalmasını
arzuladı. Prezident İlham Əliyev Braziliya dövlətinin başçısını ölkəmizə rəsmi
səfərə dəvət etdi.
Bakının gözəlliyinin onlarda
xoş təəssürat hissi yaratdığını deyən qonaq COP29-un yüksək səviyyədə təşkil
edilməsi və uğurlu təşkilatçılıq münasibətilə təbriklərini çatdırdı.
Jeraldu Alkmin Azərbaycanın və
Braziliyanın “Troyka” çərçivəsində COP və iqlim dəyişmələri ilə bağlı əməkdaşlığına
toxundu. O, ölkəmizlə ikitərəfli münasibətlərin, həmçinin iqtisadi-ticari, kənd
təsərrüfatı, sərmayələr sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət
verdiklərini dedi.
Söhbət zamanı iqtisadi-ticari
məsələlər üzrə işçi qrupun yaradılması, sərmayələr, birgə istehsal müəssisələri,
turizm, birbaşa hava əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi
aparıldı.
***
13.09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 14-də Braziliya Federativ Respublikasının vitse-prezidenti Jeraldu
Alkmin ilə görüşüb.
tag: Prezident , İlham Əliyev,Braziliya,Jeraldu Alkmin, Görüş, todaypress.az,