Dövlət başçısı Braziliya Prezidentinə başsağlığı verdi
Xarici siyasət
12.08.2024 15:16
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya başsağlığı məktubu göndərib.
TodayPress xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
San-Paulu ştatında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Braziliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
tag: Prezident, İlham Əliyev,Braziliya,San-Paulu,Luiz İnasio Lula da Silva, todaypress.az,