Deputatlar Zimbabveyə səfər edəcəklər

Xarici siyasət

02.05.2025 12:05

16

Milli Məclisin deputatları, Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Zaur Şükürov və Məzahir Əfəndiyev Zimbabve parlamenti sədrinin dəvətinə əsasən mayın 3-də bu ölkənin Harare şəhərinə səfər edəcəklər.

TodayPress xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Səfər çərçivəsində Milli Məclisin deputatları bir sıra görüşlər keçirəcək, qanunverici orqanlar arasında təcrübə mübadiləsinə və qarşılıqlı münasibətlərin perspektivlərinə dair müzakirələr aparacaqlar.

tag: Milli Məclis,Deputatlar,Zimbabve,Səfər,Todaypress.az,