Denni Kabaqambe Azərbaycana təşəkkür etdi
Xarici siyasət
03.10.2024 11:57
“Mən Azərbaycana təşəkkür edirəm ki, Bakıda bizim səsimizi, neokolonializm və dekolonializmlə bağlı məsələləri dünyaya eşitdirmək üçün şərait yaradıb”.
TodayPress xəbər verir ki, bunu Afrika Həmrəylik Fondunun idarə heyətinin üzvü Denni Kabaqambe “Afrikada Fransanın Neokolonializm siyasəti”nə həsr olunmuş beynəlxalq konfransda deyib.
“Neokolonial şəraitdə yaşayan millətlərin əsas məqsədlərindən biri müstəqil iqtisadiyyata malik olmaqla, beynəlxalq iqtisadi sistemin bir parçasına çevrilməkdir. Öz iqtisadi güclərini əldə edib, müstəqil olmaq əsas prioritetlərdəndir. Biz çalışırıq ki, ölkələrimiz beynəlxalq səviyyədə tanınsın və öz sözünü deməyə başlasın” deyə o, bildirib.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.
Töhfə Səməd
tag: Afrika, Həmrəylik ,Neokolonializm ,Fransa ,İqtisadiyyat ,Denni Kabaqambe, todaypress.az,