Darçiaşvili: “Azərbaycan Gürcüstan üçün xüsusi strateji tərəfdaşdır”
Xarici siyasət
12.11.2024 12:14
Azərbaycan Gürcüstan üçün xüsusi strateji tərəfdaşdır.
TodayPress xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili jurnalistlərə açıqlamasında bildirib.
“Baş nazirin Azərbaycan Respublikasının Prezidenti ilə də görüş keçirmək imkanı olub. Azərbaycan Respublikası bizim xüsusi strateji tərəfdaşımızdır. Bizim çox mühüm ümumi layihələrimiz, bir çox istiqamətlərdə mühüm əməkdaşlığımız var və əminəm ki, bu görüş də ikitərəfli strateji əməkdaşlığımıza yeni təkan verəcək” deyə İliya Darçiaşvili bildirib.
tag: Azərbaycan, Baş Nazir, Gürcüstan,İliya Darçiaşvili, Tərəfdaş, todaypress.az,