Ceyms O’Brayn: “Mərkəzi Asiya ölkələri Azərbaycanla əməkdaşlıq etməlidir”

Xarici siyasət

27.06.2024 12:29

“Mərkəzi Asiyadan məhsullar hazırda yalnız Rusiya və Çin vasitəsilə nəql edilə bilər və bu regiondan malların alternativ yollardan, o cümlədən Azərbaycandan keçməklə tədarükü üçün Bakı ilə İrəvan arasında sülh vacibdir”.

TodayPress xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bu gün Bakıya səfəri zamanı nələri müzakirə edəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

O, qeyd edib ki, iki ölkə arasında sülh təkcə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə özünü qlobal lider kimi göstərən Azərbaycan üçün deyil, həm də bütün region, o cümlədən Mərkəzi Asiya üçün vacibdir.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri məhsullarını dünya bazarlarına çıxarmaq üçün Azərbaycanla əməkdaşlıq etməlidir.

tag: Ceyms Brayn, Asiya, Azərbaycan, ABŞ, Avropa, todaypress.az,