Ceyhun Bayramovla Qvineya-Bisaunun XİN rəhbəri görüşdü
Xarici siyasət
02.12.2024 13:07
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranı Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüşü olub.
TodayPress xəbər verir ki, bu barədə XİN “X” platformasında məlumat yayılıb.
Qeyd edilib ki, xarici işlər nazirləri ikitərəfli və çoxtərəfli sahələrdə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı əlaqələrin artırılması, əməkdaşlığın hüquqi bazasının inkişafı və iki ölkə arasında təcrübə mübadiləsinin aparılması məsələlərini müzakirə ediblər.
Ceyhun Bayramov eyni zamanda həmkarını regionda münaqişə sonrası vəziyyət barədə məlumatlandırıb.
tag: Ceyhun Bayramov, Əməkdaşlıq,XİN, Azərbaycan, todaypress.az,