Ceyhun Bayramov Tokayevə Prezident İlham Əliyevin adından təşəkkür etdi

Xarici siyasət

11.03.2025 14:28

2691

Azərbaycan XİN başçısı Ceyhun Bayramov Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğramasından sonra göstərilən təcili yardıma görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Azərbaycan Prezidentİ İlham Əliyevin adından təşəkkür edib.

TodayPress Akordaya istinadən xəbər verir ki, Ceyhun Bayramov Astanaya səfəri çərçivəsində qazaxıstanlı liderlə görüşü zamanı İlham Əliyevin və bütün Azərbaycan xalqının adından təşəkkürünü çatdırıb.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

tag: Ceyhun Bayramov,XİN,Qazaxıstan,Görüş,Todaypress.az,