Ceyhun Bayramov Şimali Kiprdən olan həmkarı ilə regional təhlükəsizlik məsələlərini müzakirə etdi

Xarici siyasət

11.04.2025 22:30

10

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Şimali Kipr Türk Respublikasından olan həmkarı Tahsin Ərtoğruloğlu ilə görüşüb.

Bu barədə TodayPress-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Bildirilib ki, görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq müzakirə olunub.

Nazirlər, həmçinin regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıblar.

tag: XİN,Ceyhun Bayramov,Antalya,Forum,Şimali Kipr ,Tahsin Ərtoğruloğlu,