Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşdü
Xarici siyasət
28.09.2024 06:56
Xarici
işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası
çərçivəsində Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Faisal bin Farhan Al Saud
ilə görüşüb.
TodayPress xəbər verir ki, bu Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüş əsnasında tərəflər arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin əməkdaşlığın genişləndirilməsində və dərinləşməsində mühüm rolu, o cümlədən iqtisadiyyat, ticarət, investisiya, humanitar və turizm sahələrində mövcud inkişaf imkanları müzakirə edilib.
Söhbət zamanı COP29, münaqişədən sonrakı vəziyyət, eləcə də
Azərbaycan-Ermənistan arasında normallaşma prosesi diqqət mərkəzində olub.
tag: XİN, Azərbaycan, BMT, Ərəbistan, todaypress.az,