Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşdü

Xarici siyasət

07.03.2025 16:16

1227

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının Ciddə şəhərinə işgüzar səfərə yola düşüb.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

tag: Ceyhun Bayramov, Xarici İşlər Naziri,Azərbaycan,Səudiyyə Ərəbistan,todaypress.az,