Ceyhun Bayramov Kaya Kallası sülh prosesi barədə məlumatlandırdı
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ermənistan-Azərbaycan münasibətlərinin son dövrlərdə baş verən inkişafı barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallası məlumatlandırıb.
TodayPress xəbər verir ki, o, bunu aprelin 25-də birgə keçirilən mətbuat konfransında deyib.
“Azərbaycanın mövqeyi yeni deyil. Bizim tələblərimiz bəllidir: Ermənistan konstitusiyasına dəyişiklərin edilməsi və heç bir əhəmiyyət daşımayan Minsk qrupunun ləğv edilməsi. Bu baxımdan Ermənistandan müvafiq addımların atılması gözlənilir. Ermənistanda revanşist qüvvələrin hələ də olması ciddi narahatlıq doğurur. Həmçinin silahlanmaya davam etmələri də bunun bir nümunəsidir".
Töhfə Səməd
tag: Ceyhun Bayramov,XİN,Kaya Kallas,Görüş,Todaypress.az,
