Ceyhun Bayramov İraq parlamentinin spikeri ilə görüşdü

Xarici siyasət

07.05.2025 17:54

17

Azərbaycan xarici işlər naziri Bağdadda İraq parlamentinin spikeri Mahmud əl-Məşhədani ilə görüşüb. 

TodayPress xəbər verir ki, bu barədə nazir rəsmi "X" sosial media hesabında yazıb. 

"Biz regional hadisələri və parlament diplomatiyasının əhəmiyyətini müzakirə etdik. Eləcə də iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsindəAzərbaycan vəİraq parlamentləri arasında əməkdaşlığın rolunu qeyd etdik. Qanunvericilik orqanlarında fəaliyyət göstərən dostluq qrupları arasında qarşılıqlı əlaqələrin əhəmiyyətinə toxunduq" deyə məlumatda qeyd olunub

tag: Ceyhun Bayramov,XİN,İraq,Səfər,Todaypress.az,