Ceyhun Bayramov ilə Kaya Kallas arasında telefon danışığı aparıldı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas telefon danışığı zamanı siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı çərçivəsində Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumu və perspektivləri nəzərdən keçirilib, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin geniş potensiala malik olduğunu, gündəlikdə duran məsələlərin irəlilədilməsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
tag: Azərbaycan,Ceyhun Bayramov,Aİ,Kaya Kallas,todaypress.az,