Ceyhun Bayramov Gürcüstana getdi

Xarici siyasət

27.06.2024 10:19

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.

TodayPress xəbər verir ki, bu barədə XİN-in məlumatında qeyd edilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

tag: Ceyhun Bayramov, Gürcüstan,Səfər, XİN, todaypress.az,