Ceyhun Bayramov: “Ermənistanın gətirdiyi arqumentlər bizi qane edə bilməz”

Xarici siyasət

12.12.2024 13:39

“17 maddədən ibarət olan Ermənistanla sülh müqaviləsi layihəsinin artıq 15-i razılaşdırılıb”.

TodayPress xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, 2 maddə ilə bağlı müzakirələr hələ də davam edir.

XİN başçısının sözlərinə görə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var: 

“Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bu işi daha da mürəkkəbləşdirib. Çünki məhz Ermənistan Konstitusiyasının prembulasında Ermənistan müstəqillik əldə edəndən sonra olan sənədə istinad var və o sənəddə də Azərbaycana  qarşı ərazi iddiaları yer alır. Biz Ermənistandan bu istiqamətdə qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfinin gətirdiyi arqumentlər bizi qane edə bilməz”.

Ceyhun Bayramov, həmçinin Zəngəzur dəhlizi məsələsindən də söz açıb. O diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan öz ərazisində işləri sürətlə davam etdirir. Hazırda Araz körpüsünün tikintisi də davam etməkdədir.

tag: Ermənistan, Sülh, Müqavilə,Ceyhun Bayramov ,todaypress.az,