Ceyhun Bayramov: “Azərbaycan Ermənistanla sülh danışıqlarını sona çatdırmaqda israrlıdır”
Xarici siyasət
12.11.2024 13:55
Bildiyiniz kimi, Azərbaycan Ermənistanla sülh danışıqları prosesinin təşəbbüskarıdır.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistanla sülh danışıqlarını sona çatdırmaqda israrlıdır.
“Bu, hər iki tərəfdən asılı olan bir prosesdir.
Azərbaycan COP-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, Ermənistana da dəvət göndərib. Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların COP29-da iştirakını müşahidə etməmişik. Hesab edirik ki, bu da onlar üçün itirilmiş bir fürsətdir” nazir vurğulayıb.
tag: Xarici İşlər Naziri, Ceyhun Bayramov, Ermənistan, Azərbaycan, Sülh, todaypress.az,