Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşdü

Xarici siyasət

13.02.2025 10:15

1511

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 61-ci Münxen Təhlükəsizlik Konfransında iştirakı, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

tag: XİN ,Ceyhun Bayramov ,Səfər,Almaniya ,Todaypress.az,