BQXK-nın Azərbaycandakı nümayəndəliyi bağlanır? RƏSMİ AÇIQLAMA

Xarici siyasət

05.03.2025 15:20

692

"Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin bağlanması məsələsi ilə bağlı dialoq aparılır". 

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bunu TodayPress-in sorğusuna cavab olaraq bildirib. 

"Azərbaycan hökuməti komitənin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda bizə məlumat verib. Hazırda hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Bu dialoq bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir" deyə şöbə rəhbəri açıqlayıb. 

Qeyd edək ki, son günlər mediada BQXK-nın Azərbaycanda fəaliyyətini dayandıracağı barədə məlumatlar yayılmağa başlayıb.   

Türkan İsgəndərli

tag: BQXK,Azərbaycan,Nümayəndə,Bağlanış,Todaypress.az,