Bolqarıstanın XİN başçısı Azərbaycana səfər edəcək
Bolqarıstanın xarici
işlər naziri Georq Georgiyev Azərbaycana səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə Bolqarıstanın
Azərbaycandakı səfiri Ruslan Stoyanov Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə
həsr olunmuş tədbirdə bildirib.
Səfirin sözlərinə görə, nazir martın 13-15-də
paytaxtımızda keçiriləcək Qlobal Bakı Forumuna qatılacaq.
tag: Bolqarıstan, Azərbaycan, Bakı, Ruslan Stoyanov, Azadlıq, todaypress.az,