BMT-nin Əhali Fondunun Azərbaycanda fəaliyyəti başa çatdı
Bu ilin may ayında BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti başa çatıb.
TodayPress xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondundan "Apa"ya bildirilib.
Qeyd edilib ki, Azərbaycanda mövcud olduqları 30 il ərzində UNFPA hökumətə və digər milli və yerli tərəfdaşlara ana sağlamlığının yaxşılaşdırılmasında, gender zorakılığına qarşı mübarizədə və əhali siyasətinin təşviqində əsas rol oynayıb.
“UNFPA-nın Azərbaycanla qarşılıqlı fəaliyyəti onun Şərqi Avropa və Mərkəzi Asiya üçün regional bölməsi, eləcə də qərargahı vasitəsilə davam etdiriləcək” bildirilib.
tag: BMT, Azərbaycan, Əhali, Fond, todaypress.az,