BMT-nin Azərbaycandakı nümayəndəliyi: Bakı ilə əməkdaşlığa sadiqik
BMT-nin Azərbaycandakı nümayəndəliyi ölkə hökuməti ilə əməkdaşlığa sadiqliyini ifadə edib.
TodayPress xəbər verir ki, bu barədə missiyanın mətbuat xidmətinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"33 il əvvəl, 1992-ci il mart 2-də Azərbaycan BMT-yə üzv olub. O vaxtdan bəri Azərbaycan çoxtərəfli proseslərə fəal töhfə verir. BMT-nin Azərbaycandakı nümayəndəliyi ölkənin inkişaf prioritetlərini dəstəkləmək üçün hökumətlə əməkdaşlığa sadiqdir. Möhkəm əməkdaşlıq dayanıqlı inkişafın açarıdır" paylaşımda qeyd olunub.
tag: BMT,X,Azərbaycan,Əməkdaşlıq,todaypress.az,