BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər etdi
Xarici siyasət
04.07.2024 21:30
Ölkəmizə səfəri çərçivəsində
BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya Azərbaycan
Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru
Anar Ələkbərovla görüşüb.
Fonddan TodayPress-ə verilən məlumata
görə, görüşdə Heydər Əliyev Fondu ilə BMT arasında gələcək əməkdaşlığa dair
fikir mübadiləsi aparılıb, COP29 çərçivəsində iki qurumun birgə fəaliyyətinə
dair layihələr müzakirə edilib.
Azərbaycanın bu il ev
sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası – COP29-un dünyada ekoloji problemlərin həlli
baxımından uğurlu nəticələr verəcəyinə, bu tədbirin bəşəriyyət üçün yaşıl, ədalətli,
inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi
üçün müsbət nəticələr əldə etmək istiqamətində növbəti addım olacağına əminlik
ifadə olunub.
Qonaq daha sonra Heydər Əliyev Mərkəzində nümayiş etdirilən sərgilərlə tanış olub.
tag: BMT, Cenevrə, Azərbaycan, Səfər,