BMT Baş katibinin birinci müavini Azərbaycana səfər edəcək
Xarici siyasət
02.10.2024 21:56
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş
katibinin birinci müavini Əminə Məhəmməd gələn həftə Azərbaycana səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə BMT Baş
katibinin sözçüsü Stefan Dujarrik bildirib.
Mətbuat katibi qeyd edib ki, Əminə Məhəmməd COP29
konfransından əvvəl, yəni 10-11 oktyabr tarixlərində Bakıda keçiriləcək
COP-öncəsi tədbirdə iştirak edəcək:
“Səfər çərçivəsində Baş katibin birinci müavini Bakıda
Azərbaycanın dövlət və hökumət rəsmiləri, COP29 çərçivəsində bir çox üzv
dövlətlərin nümayəndə heyətlərinin üzvləri ilə görüşlər keçirəcək. Görüşlərdə
COP29 hazırlıqları və müxtəlif mövzularda fikir mübadiləsi aparılacaq.
Ə.Məhəmməd 11 oktyabrda Nyu-Yorka dönəcək” sözçü bildirib.
tag: BMT, COP29, Stefan, Azərbaycan, todaypress.az,