BMT: Azərbaycan azad olunmuş ərazilərdə minatəmizləmə işlərində irəliləyiş əldə etdi
Xarici siyasət
10.12.2024 23:23
Azərbaycan hökuməti
işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə, bərpa və yenidənqurma və
sosial-iqtisadi inkişafa diqqət yetirməklə təqdirəlayiq irəliləyiş əldə edib.
TodayPress xəbər verir ki, bunu Report-un ABŞ
bürosuna açıqlamasında BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin
rəhbəri Kanako Mabuçi deyib.
Mabuçi bildirib ki, BMT Azərbaycan hökumətinin münaqişədən
sonrakı bərpa səylərinə dəstək olmaqda davam edir.
"Bu istiqamətdə tərəfdaşlığı davam etdirəcəyik və
Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə çatmaq prosesini sürətləndirmək
üçün götürdüyümüz öhdəliklərə sadiq qalırıq" o vurğulayıb.
Rəsmi qeyd edib ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi
məcburi köçkünlərin təhlükəsiz qayıdışı, reinteqrasiyası və reabilitasiyası
üçün ilkin şərt olan minatəmizləmə prosesinin aktuallığını qəbul edir.
"BMT-nin dəstəyinə aşağıdakılar daxildir:
minatəmizləmə, geri qayıtmış məcburi köçkünlər üçün yaşayış vasitələrinə
dəstək, sosial xidmətlər, hüquqi yardım, ətraf mühitin bərpası və enerji
səmərəliliyi" K.Mabuçi əlavə edib.
tag: BMT, Mina, İnkişaf, Yenidənqurma, Azərbaycan,todaypress.az,