Blinken Ermənistan və Azərbaycanı sülh müqaviləsini imzalamağa dəvət etdi
ABŞ dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.
A.Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-nin iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.
tag: Sülh müqaviləsi,Antoni Blinken, Azərbaycan,Ermənistan, todaypress.az,