Blinken Berbokla sülh sazişini müzakirə etdi

Xarici siyasət

12.07.2024 17:50

ABŞ dövlət katibi Antoni Blinken Almaniyanın xarici işlər naziri Annalena Berbokla Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunmuş irəliləyişlərlə bağlı müzakirə aparıb.

TodayPress xəbər verir ki, Blinken bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Qeyd edək ki, Antoni Blinken NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüş keçirib. Görüşdə tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib.

Töhfə Səməd

tag: ABŞ, Blinken, NATO, Vaşinqton, Görüş, todaypress.az,