Bişkekdə İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - YENİLƏNDİ - FOTO
Xarici siyasət
06.11.2024 11:34
Noyabrın 6-da
Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü
olub.
TodayPress xəbər verir ki, görüşdə dostluq, qardaşlıq və müttəfiqlik
münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olundu.
Bişkekdə
keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşünün
türk dövlətləri arasında əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi
vurğulandı.
Söhbət zamanı
Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti bir daha qeyd edildi.
Görüşdə ölkələrimiz
arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik
bildirildi, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
***
10.19
Bişkekdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan ilə görüşü başlayıb.
tag: Prezident, İlham Əliyev, Bişkek,Türkiyə, Ərdoğan, todaypress.az,