Birol Akgün vəzifəsinin icrasına başladı
Xarici siyasət
01.02.2025 14:38
Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyən Azərbaycandakı səfirliyi rəsmi "X" hesabında məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib.
Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edib.
Onun 2024-cü il dekabrın 14-də Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb.
tag: Türkiyə,Azərbaycan,Səfir,Ceyhun Bayramov,Todaypress.az,