Belarusun Baş naziri Fəxri xiyabanı ziyarət etdi

Xarici siyasət

06.05.2025 11:15

19

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 6-da Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. 

TodayPress xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

tag: Belarus,Baş Nazir,Fəxri Xiyaban,Ziyarət,Todaypress.az,

photo
photo
photo