Belarus Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatdı- YENİLƏNDİ

Xarici siyasət

06.05.2025 20:31

36

Mayın 6-da Belarusun Baş naziri Aleksandr Turçinin Azərbaycana rəsmi səfəri başa çatıb.

Belarus hökumətinin başçısını Füzuli Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Naziri Əli Əsədov yola salıb.

***

12:22

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. 

TodayPress xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 

Belarusun Baş naziri Aleksandr Turçini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

09:15

Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə yola düşüb.

TodayPress xəbər verir ki, o, Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, ikitərəfli münasibətlər müzakirə olunacaq.

Eyni zamanda Aleksandr Turçin azərbaycanlı həmkarı Baş nazir Əli Əsədovla məhdud və geniş tərkibli görüşlər keçirəcək. 

Səfər çərçivəsində bir sıra müqavilələrin imzalanması gözlənilir.

Eyni zamanda Belarus Baş naziri azad olunmuş ərazilərə səfər edəcək, orada bir sıra obyektlərə baş çəkəcək.

Səfər çərçivəsində biznes Forum da keçiriləcək.

tag: Belarus,Baş Nazir,Azərbaycan,Səfər,Todaypress.az,