Belarus Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak edəcək
Xarici siyasət
11.06.2024 13:53
Belarus Respublikası Azərbaycanın azad edilmiş ərazilərinin dirçəldilməsi prosesində iştirak edəcək.
TodayPress xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Belarus dövlət başçısı bu yaxınlarda Azərbaycana, xüsusən azad edilmiş ərazilərə Prezident İlham Əliyevlə birlikdə etdiyi səfərini xatırladıb.
Aleksandr Lukaşenko ölkəsinin Azərbaycandan məhsul idxalını artırmaq niyyətində olduğunu açıqlayıb.
“Azərbaycandan daha çox məhsul almalıyıq. Biz bunu tənzimləyəcəyik” deyə A.Lukaşenko vurğulayıb.
tag: Belarus, Aleksandr Lukaşenko, Prezident,Azərbaycan, Sahibə Qafarova, todaypress.az,