BƏƏ rəhbərliyi Prezident İlham Əliyevi təbrik etdi

Xarici siyasət

09.04.2025 19:13

14

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

TodayPress xəbər verir ki, təbrikdə deyilir: 

"Möhtərəm cənab Prezident. 

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xeyir-duamı çatdırmaqdan məmnunluğumu ifadə edirəm.  Hər şeyə qadir olan Uca Allahdan Sizə cansağlığı və səadət, müsəlman ümmətinə firavanlıq arzulayıram". 

BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun Prezident İlham Əliyevə məktubunda isə deyilir: 

"Hörmətli cənab Prezident.  Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.  Uca Yaradandan Sizə cansağlığı və xoşbəxtlik, müsəlman ümmətinə rifah diləyirəm". 

BƏƏ-nin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyanın Prezident İlham Əliyevə təbrik məktubunda isə vurğulanıb: 

"Zati-aliləri cənab Prezident.  Mübarək Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam. Arzu edirəm ki, Ulu Tanrı Sizə cansağlığı və səadət, müsəlman ümmətinə xoşbəxtlik nəsib etsin".

tag: BƏƏ,Prezident,İlham Əliyev,Təbrik,Todaypress.az,