BƏƏ Prezidenti İlham Əliyevə başsağlığı verdi
Xarici siyasət
26.12.2024 15:32
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
TodayPress-in məlumatına görə, məktubda BƏƏ Prezidentinin "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərini dərin hüzn və kədərlə qarşıladıqlarını bildirib.
"Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik" məktubda qeyd olunub.
tag: BƏƏ ,Prezident ,İlham Əliyev,AZAL, todaypress.az,